“Zəngəzur” tankeri Böyük Britaniyanın sanksiya siyahısından çıxarılıb

“Zəngəzur” tankeri Böyük Britaniyanın sanksiya siyahısından çıxarılıb.
Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, AZCON Holding şirkətlərindən olan ASCO-nun, eləcə də SOCAR-ın birgə müəssisəsinə məxsus “Aframax” tipli "Zəngəzur” tankeri Böyük Britaniyanın sanksiyalar siyahısından çıxarılıb və ona münasibətdə tətbiq edilmiş sanksiyalar tamamilə ləğv edilib.
Müvafiq qərar Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) tərəfindən 7 iyul 2026-cı il tarixində qəbul olunub.
Məsələnin müsbət həlli Azərbaycan dövləti tərəfindən əlaqələndirilmiş diplomatik və hüquqi fəaliyyət nəticəsində mümkün olub.

Bu ilin aprel ayında Avropa İttifaqı Şurasının müvafiq qərarı ilə ASCO-ya məxsus "Zaqatala" gəmisi, eləcə də ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus "Şuşa”, "Qarabağ”, "Xankəndi”" və "Zəngəzur" tankerləri Avropa İttifaqının da sanksiyalar siyahısından çıxarılıb.
Reportyor.az
MANŞET / BANNER / KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 18:07


























