mobil versiya

"Maşın"da qalmaqal - Bir neçə gündür qurulan oyun pozuldu - VİDEO



Azərbaycanın Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu "Maşın" realiti şousunun "Maskarad" adlı 18-ci sürətininin növbəti buraxılışı start götürüb. 

BAKU.WS-in məlumatına görə, 11 iştirakçıdan 7 nəfəri aktryor Məcid Hüseynovu SMS səsverməsinə çıxarıblar.

Məcid Hüseynov kim tərəfindən şəklinin atıldığını təxmin etməsə də, hədəf olmasını arzuladığını bildirib.

"Mən ikinci dəfədi "Maşın" Şouda iştirak edirəm. Amma hələlik bura çıxmaq mənə nəsib olmamışdı"

Aktyor hələlik hədəfini açılamasa da, şounun aparıcısı Murad Dadaşov Məcid Hüseynovun hədəf olmasını dünənki şounun nətricəsi adlandırıb. "Məcidin şəklinin atılması təsadüfi deyil. Biz araşdırıb səbəbini müəyyən edərik", - deyə Xalq artisti əlavə edib. 

Araşdırma uzun sürməyib. Efirə verilən sujetdən məlum olub ki, Məcid Hüseynov əslində Aysun İsmayılovanın, yəni Aqşin Fatehin qruplaşmasının hədəfi iolmalı imiş. Yəni Aysun İsmayılova SMS səsverməsinə çıxaraq Məcid Hüseynovla mübarizə aparacaqmı. Lakin Məcid Hüseynov onları qabaqlayaraq bir neçə gün öncədən qurulan oyunu pozub.

Məcid Hüseynov konkret hədəfini açıqlamasa da, qadınlardan birini çıxaracağını deyib.




MARAQLI / KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 7-10-2019, 22:37