Depressiyanı elektroşokla müalicə etmək lazımdır
Elekrtroşokla qıcolma terapiyası ağır depressiyanın müalicəsində ən effektiv metoddur.
"Medicina" xəbər verir ki, bu nəticəni Harvard universitetinin alimləri əldə edib.
ÜST hesablamalarına görə, planetin 5% əhalisi ağır depressiyadan əziyyət çəkir.
Depressiyada olan insanda kədər, qüssə, qıcıq, əsəb, həyatdan küsmək, zövq almamaq, tənhalıq, yorğunluq, səbəbsiz ağrılar olur.
Əgər onlar vaxtında psixiatr müalicəsinə üz tutsalar, 60% halda xəstələr antidepressant və psixoterapiya ilə sağala bilir.
40% xəstəyə isə təsir etmir, onlar siusid fikrinə düşür.
Bu zaman elektrik şokla müalicə və esketamin dərmanı köməyə yetir. Hər iki metod ABŞ-da depressiya müalicəsində icazə verilir.
Bu metodu bu vaxta qədər bir çox alimlər qəbul etməsə də, Harvard alimləri bu fikirləri alt üst edib.
MARAQLI
Tarix: 24-10-2022, 19:22