İrəvanı silkələyən olay – Video
Ermənistanın Milli Təhlükəsizlik Xidməti Vəkillər Kollegiyasının iki üzvünü saxlayıb. Vəkillər istintaq təcridxanasında bir məhkumun ailə üzvünə Apelyasiya Məhkəməsinin hakiminə rüşvət verərək, şərti olaraq vaxtından əvvəl azad edilməsini təklif edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, vəkillər məhkumun ailə üzvünü 7000 dollar məbləğində rüşvət verməyə razı salıb.
Hüquqşünaslar pul alıb, bu müddət ərzində xüsusi xidmət orqanları onların hərəkətlərini izləyib. Hüquqşünaslardan birinin evində aparılan axtarışdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları 6800 dollar tapıb. Hər iki vəkil tutulub, dindirmə zamanı günahlarını etiraf edib.
Olay sosial şəbəkədələrdə kəskin reaksiyalara səbəb olub.
Olayın videogörüntüsünü təqdim edirik:
MARAQLI / KARUSEL / HADİSƏ / VİDEOXƏBƏR
Tarix: 13-11-2019, 17:00