mobil versiya

Dünyanın “Ən yaxşı kulinariya destinasiyası” nominasiyasında Bakı 13-cü yerə çıxıb



Bakı məşhur səyahət platforması sayılan “Tripadvisor” tərəfindən aparılan reytinq cədvəli üzrə dünyanın “Ən yaxşı kulinariya destinasiyası” nominasiyasında 20 ölkə arasında 13-cü yerdə qərarlaşıb.
Ümumi olaraq platrforma tərəfindən “Səyahətçilərin seçimi - Ən yaxşıların yaxşısı” nominasiyası üzrə son 12 ay ərzində istifadəçilər tərəfindən tövsiyə olunan hotel, restoran və digər kateqoriyalar üzrə reytinq cədvəlləri tərtib olunub. Reytinq cədvəllərinə “Tripadvisor” platformasında olan 8 milyondan çox səyahət üzrə məkandan yalnız 1%-i düşə bilib.
“Tripadvisor” turistlər üçün maraqlı məkanları, ən yaxşı hotelləri, yemək üçün uyğun yerləri tövsiyə edir.
Hər ay 463 milyon səyahətçiyə xidmət göstərən platformada ziyarətçilər məkanlarla bağlı istifadəçi şərhlərini oxuya və tövsiyələrə uyğun seçimlərini edə bilirlər.
Veb-saytda 8,6 milyon yerləşmə vasitəsi, restoran, hava yolları və gəmi səyahəti haqqında 859 milyondan çox istifadəçi rəyi mövcuddur.

MARAQLI / KARUSEL
Tarix: 18-01-2024, 16:11