mobil versiya

Brilliant Dadaşova: "Silah çəkib, "Oxu!" əmrini verdilər" - VİDEO


Xalq artisti Brilliant Dadaşova Azərbaycan SSRİ-nin tərkibindən çıxandan sonra AXC-nin hakimiyyəti dövründə ölkədə yaşanan xaosdan, özbaşınalıqdan söz açıb. 

BAKU.WS xəbər verir ki, Dadaşova Xəzər TV-nin "Hər şey daxil" verilişinin ulu öndər Heydər Əliyevə həsr edilmiş buraxılışında öz xatirələrini danışıb.

O, H.Əliyev hakimiyyətə gələnədək ölkədəki hərci-mərclik və təhlükəli dönəmdən danışarkən şahidi olduğu hadisələri misal gətirib:
"Vəziyyət o həddə çatmışdı ki, o vaxtın ən bahalı "Moskva" və "İnturist" otelləri kimi bir yerdə keçirilən toylarda dava düşürdü, masalar dağılırdı, insanlar bir-birinə silah çəkirdi. Gözümün qabağında hamının tanıdığı müğənniyə silah çəkib, "Oxu!" əmrini verdilər.

Mənim gözümün qabağında bəyin avtomobilinin yük yerindən 50 silah çıxdı. Adam nə polis idi, nə də hərbçi. Mənim kiimi bir insan çantamda silah gəzdirirdim. Bloka girəndə silahı çəkib hazır tuturdum. O dönəmlər çox təhlükəli idi. Hər addımbaşı oğurluq, quldurluq, adam öldürülürdü. Xalqın ən sevincli günü toy idi, elə bir gündə belə adam öldürürdülər".



MARAQLI / KARUSEL / ÖLKƏ
Tarix: 13-12-2019, 10:00