Bu qadınların vəzifəsi insanları ağlatmaqdır - VİDEO
Bu qadınların vəzifəsi necə deyərlər insanları ağlatmaqdır. Söhbət yas mərasimlərində mərsiyyə deyən qadınlardan gedir.
Bəs bu işlə hər kəs məşğul ola bilərmi bunun üçün nə tələb olunur? Əməkdaşlarımız bu və digər sualların cavabını araşdırıblar.
Məclislərin hər birində belə mərsiyyələr deyirlər. Bu insanların peşəsi yas yerlərində məclisə gələnləri ağlatmaq əgər belə demək mümkündürsə məclisi qızışdırmaqdır.
Həmsöhbətimiz Zöhrə Bayramova sözlərinə görə, 17 ildən çoxdur ki, yas mərasimlərində mərsiyyə deməklə məşğuldur. Eyni zamanda məclislərdə mollalıq da edən Zöhrə Bayramova məclislərə adətən tək getdiyini deyir. Özü də deyir ki tez-tez məclislərə dəvət olunur.
Onun sözlərinə görə, hətta məclislərə gedəndə özü ilə məlisdə ölən insanın şəxsiyyətinə uyğun olaraq hazır mərsiyyələrdə aparır. Bunun üçün onun xüsusi dəftərçəsi də var.
Müsahibimizə "Bəs bu yaslarda rəhmətə gedənlərin öz yaxınlarınız olmadığı halda onları necə ağlada bilirsiniz?" sualını verəndə isə maraqlı bir cavabla qarşılaşdıq.
Məsləyə münasibət bildirən Qafqaz Müsəlmanları İdarəsi isə bu peşə ilə məğşul olanlardan hər hansı bir rəsmi tələbin olmadığını desələr də mərsiyyə məclislərini aparanların dini cəhətdən savadlı olmalarının vacib olduğunu deyir.
İdarə rəsmisinin sözlərinə görə, artıq bu işlə bağlı nəzarət gücləndirirləcək. Mərsiyyə deyən qadınların hər biri xüsusi kurslara cəlb olunacaq, imtahan verib sertifikat aldıqdan sonra bu işlə məşğul ola biləcəklər.//xezerxeber
MARAQLI / KARUSEL / ÖLKƏ
Tarix: 8-01-2020, 10:00