mobil versiya

Dünya şöhrətli aktrisa seksuallığı ilə heyran etdi - FOTOLAR




55 yaşlı dünya şöhrətli aktrisa Monika Belluççi çəkdirdiyi şəkilləri ilə gündəmə gəlib.

Cazibədar aktrisa “L'Officiel” dərgisinin yeni buraxılışının siması olub.

Jurnalın üz qabığında cəsarətli və ehtiraslı pozlar verən Belluççi şəkilləri ilə əks cinsin nümayəndələrini valeh edib. Çəkiliş Parisin ən məşhur “Plaza Athenee” hotelində baş tutub.

“Eyfel” qülləsinə açılan möhtəşəm mənzərə və Monikanın seksuallığı lentə alınan fotoları daha da cəlbedici edib.

Sosial şəbəkə izləyiciləri Monika Belluççinin həm fotolarını, həm də görünüşünə heyran qalıblar. Gözəlliyi ilə göz qamaşdıran sənətçinin xeyli çəki ataraq, arıqlaması və yeni saç düzümünə müsbət rəylər yazaraq, bəyəndiklərini qeyd ediblər.//Oxu.Az






MARAQLI / SON XƏBƏR / KARUSEL
Tarix: 20-02-2020, 17:45