mobil versiya

Allahşükür Paşazadə: "Bu, bizim üçün böyük imtahandır"



"Mən özüm heç evdə qalmayan insan kimi bu məsələnin nə qədər çətinliklərinin olduğunu görürəm. Bəzən insanın sadəcə telefona ehtiyacı var ki, deyəsən səbr elə və hər şey yaxşı olacaq. Heç olmasa bunu ailə üzvlərimizə deməliyik. Bu, bizim üçün böyük imtahandır". 

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində deyib. 

O bildirib ki, bu gün bəzi insanlar alim olmasa da, alimlik edirlər: "Baş verənləri Allahla əlaqələndirirlər. Bəzən insanlar təbiəti o qədər istismar edib ki, bu gün təbiət insana dözmür. Lakin bu gün həmin insanlar aciz qalıb".

MARAQLI / SON XƏBƏR / GÜNDƏM
Tarix: 4-04-2020, 16:30