Günün ulduz falı - 10 sentyabr
Qoç - eyni vaxtda bir neçə mühüm mövzuda və ya istiqamətdə yeniliklər yaşana bilər. Planlar dəyişə bilər. Yaxın ətrafınızdakı insanlara qıcıqlanmayın. Səbrli olun, təmkinli davranın.
Bu gün təşkilatçılıq bacarığınızın olub-olmadığı bilinəcək. Həddən artıq narahatlıq nümayiş etdirməyin. İşdə və ailədə maksimal tələbkarlıq göstərməyin, xırdaçılığa varmayın. Əks təqdirdə münaqişə qaçılmazdır.
Cari işlərlə məşğul olun və hadisələrin intensivləşməsindən gərəkli nəticələr çıxarın.
Axşam saatlarında maraqlı ünsiyyət məsləhətdir.
Buğa - qarışıq, laübəli gündür. Yaşanan olayların təfərrüatları aydın olmasa da, onların zahiri axarı uğur vəd edir.
Maraqlarınızın təminatı istiqamətində yetərincə irəliləyə bilərsiniz. Çətinliklər yaransa da, onları qət edin. Nüfuzlu insanın yardımı sizə kömək edəcək.
Bilik və bacarınığınızı nümayiş etdirin. Fəqət, əlahiddə illüziyalara qapılmayın.
Emosional gərginlikdən qurtulmağa, sakitləşməyə çalışın. Mövcud vəziyyət sizdən soyuqqanlı, aram davranış tələb edir. Dostlarla görüşdən imtina etməyin.
Onlar sizin üçün faydalı dəyişikliklərə təkan verə bilərlər.
Günün emosional fonu yüksəkdir. Aktiv olun, hisslərə qapılmayın, irəliləyişə mane olan sədləri aradan qaldırın. Xırda işlərə etinasız yanaşmayın.
Günün ikinci yarısında qəza və nasazlıq riski artır. Səhhətinizə fikir verin.
Əkizlər - əvvəlki günün ruhu və təmayülləri davam edir. Lakin keçmişin energetikasından qurtulun.
Sürətlə aktivləşən və planlaşdırılmamış şəkiddə məğzini dəyişə biləcək ünsürü kontrolda saxlayın.
Yaşam arealınızda, işgüzar münasibətlərinizdə qayda yaradın.
Həmkarlar və ailə üzvləri ilə münaqişələrə rəvac verməyin.
Yaranan ideyalar toplusundan birini, ən vacibini, sərfəli və maraqlısını seçin. Bir mövzunun çərçivəsində qalmayın, hadisələrin ritminə uyğun hərəkət edin.
Olayların axarı qəflətən dəyişə bilər. Mühüm prosesin cərəyan etdiyi məkana gedin. Adətən sizə sərfəli məsləhət verən insanı dinləyin.
Önəmli qərarlar, açıqlamalar, araşdırmalar və alış-veriş üçün uğurlu gün deyil.
Xərçəng - planlarınız dəyişə bilər. Hansısa mövzu aktuallaşacaq, sürətli müdaxilə və aktiv fəaliyyət tələb edəcək. Təşkili işə ehtiyac var.
Yaxın ətrafınızdakı insanlardan birini birgə fəaliyyətə dəvət edin. Emosiyalar və hisslərə nəzarət edin. Birgə çalışacağınız insana təzyiq göstərməyin, onunla sərt danışmayın.
Sifarişin yerinə yetirilməsinə ayrılmış vaxtın başa çatmasına az qalıb. Lakin başqa işləri kənara qoyaraq mütləq şəkildə bir işlə məşğul olmayın. Özünüzü həddən ziyadə yormayın.
Günün ikinci yarısında mübahisə, qəza, nasazlıq, ağrı riskləri var.
Baş verənlər arasında bəzi olayların ciddi təhlilə və sonradan təfərrüatlı şəkildə nəzərdən keçirilməsinə ehtiyacı var.
Aktiv olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün əlinizdən gələni edin.
Şir - maraqlarınızı reallaşdırmağa çalışın. Süst və ətalətli olsanız, mühüm məqamı əldən buraxa bilərsiniz. Çoxdan bəri gerçəkləşdirmək istədiyiniz plan çərçivəsində konkret addımlar atmaq üçün şans yaranıb.
Böyük ümid və gözləntiləriniz olduğu məsələdə, layihədə və ya işdə baş verənləri diqqətlə izləyin. Kimsə yaşamınıza müdaxilə etməyə çalışır. Belə siqnalları gözdən qaçırmayın. Hətta ən qəribə və qeyri-adi hadisələrin səbəblərini anlamağa can atın.
Günün ikinci yarısında problemlərdən birini asanlıqla həll edə bilərsiniz. Nikbin ehtimalların olduğu yöndə çətinliklər yaranacaq. Önəmli münasibətlərdə sərinləşmə meylləri müşahidə olunur.
Əsəblərinizi tarıma çəkməyin. Sadəcə, bəzi illüziya və xam xəyallarla vidalaşmaq zamanıdır.
Qız - hövsələsizlik və tələskənlik etməyin. İşdə və şəxsi həyatda dəyişikliklərlə yenilikləri mümkün qədər sürətlə həyata keçirməyə can atmayın. Səhv riski çoxdur.
Yaxın ətrafınızdakı insanlardan biri sizdən öz məqsədləri üçün yararlanmaq niyyətindədir. Məlumat və informasiya toplayın. Həmkarların sözlərinə qulaq asın.
Situasiyanı uyğun istiqamətə yönəltmək üçün fürsət gözləyin. İşin tam başa çatmayacağını nəzərə alaraq fəaliyyət göstərin. İndi təcili həll etməyə can atdığınız məsələlərin bəzilərini sonradan bitirmək ehtiyacı yaranacaq.
Evdəki duruma nəzarət edin.
Günün ikinci yarısında müzakirə və ya münasibətlərin aydınlaşdırılmasına başlamayın.
Axşam saatlarında aktiv istirahəti seçin.
MARAQLI / KARUSEL / CƏMİYYƏT
Tarix: 10-09-2019, 10:08