Azərbaycanda daha 69 nəfər COVID-19-a yoluxub - 4 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 69 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 826 993 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 434 nəfər müalicə olunaraq sağalıb, hazırda 532 aktiv xəstə var. Bu günə qədər 10 027 nəfər vəfat edib.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 10-01-2023, 18:59