mobil versiya

Qripə qarşı 20 mindən çox insan vaksin olunub



Ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub.

Bakı şəhəri üzrə bu rəqəm 4 862 nəfər təşkil edib.
Şəmkir, Gəncə, Sumqayıt, Mingeçevir, Zaqatala, Göyçay, Ağdaş, Bərdə, Salyan və Tovuz rayonları vaksin olunan şəxslərin sayına görə ilk onluqda qərarlaşır. Qax, Gədəbəy və Saatlı rayonlarında vaksin olunanların sayı digər rayonlarla müqayisədə daha azdır.(Report)

SAĞLAMLIQ / KARUSEL
Tarix: 26-01-2023, 13:21