mobil versiya

Süni intellektlə hazırlanan COVID-19 infeksiyasına qarşı ilk dərmanının kliniki sınaqları başlayıb



Qərargahı Çinin Honq Konq şəhərində yerləşən Insilico Medicine xəstəxanasında aparılacaq kliniki sınaqlardan əvvəl edilən tədqiqatda ISM3312 adlı terapevtik məhsulun ağciyərlərdə yaranan iltihabı əhəmiyyətli dərəcədə azaltdığı aşkar edilib.
Anadolu Agentliyii bildirir ki, kanadalı professor Aleks Javoronkov təsisçisi və meneceri olduğu şirkətin tibbi dərmanların hazırlanması ilə bağlı süni intellektə müraciət etdiklərini bildirib: “Süni intellekt insan inkişafını hərtərəfli dəyişdirir və ondan istifadə etməklə ilk dəfə istehsal olunan, COVID-19 virusundan qorunmaq məqsədilə hazırlanan kiçik molekullu terapevtik dərman hazırda kliniki sınaq mərhələsindədir. Çində istehsal olunan ISM3312 adlı terapevtik məhsulun insanlar üzərində də sınaqlarına başlanılacaq. Dərman COVID-19 virusunda proteaz olaraq bilinən fermentləri geridönülməz şəkildə məhv edir”
SAĞLAMLIQ / KARUSEL
Tarix: 1-03-2023, 16:02