mobil versiya

Ramazan ayında idman edərkən müəyyən qaydalar gözlənilməlidir



Oruc tutanlar arasında idmanla məşğul olanlar da var. Bunu edənlər bəzi qaydalara əməl etməlidirlər. İlk növbədə idmanla məşğul olanlara ağır hərəkətlər etməmək məsləhət görülür, çünki 14-15 saat ac qalandan sonra bədəndə susuzluq əmələ gəldiyindən hərəkət edəndən sonra suya daha çox tələbat yaranır və bu, müəyyən xəstəliklərə aparıb çıxara bilər. Ona görə də oruc tutanlara, imsakdan 1-2 saat sonra yürüş etmək, yaxud iftardan sonra məşq etmək məsləhət görülür.
Mütəxəssislər deyirlər ki, qaydalara uyğun olmayan şəkildə idmanla məşğul olmaq bəzi xəstəliklərə səbəb ola bilər. Hətta imsak və iftardan sonra məşq edərkən belə hərəkətlərə diqqət etmək lazımdır, çünki normadan artıq və daha sürətli idman hərəkətləri gözlənilmədən ürək tutmasına, iflicə və başqa ciddi xəstəliklərə gətirib çıxara bilər.
AZƏRTAC xəbər verir ki, həkim-fizioterapevt Səidə Kərimova deyib: “Fiziki aktivliyi elə vaxta salmaq lazımdır ki, iftar və sahur arasında olsun. Ümumi idman hərəkətlərinin intensivliyini 30 faiz azaltmaq məsləhətdir. Orucluq zamanı bu sahədə rekorda nail olmaq vaxtı deyil. Həmin dövrdə ümumi fitnes və ümumi bədən forması saxlanılmalıdır. İdman rejimini hər gün yox, günaşırı salmaq lazımdır və çoxlu su içilməlidir”.
Bununla yanaşı iftarda həddindən artıq yağlı və ağır yeməklər əvəzinə vitaminliərlə zəngin qidalar qəbul edilməlidir. Belə qidalanmaq iftardan sonra idmanla məşğul olmağa güc və enerji verir. İdmana yeni başlamaq istəyənlərə isə həmin məşğuliyyəti Ramazandan sonrakı günlərə saxlamaq tövsiyə olunur, çünki bədən alışmadığı hərəkətlərdən yorularaq stres keçirə bilər.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 7-04-2023, 11:11