mobil versiya

Koronavirusa yoluxan və peyvənd olunanların sayı açıqlanıb


Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, son sutkada infeksiyaya 108 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 96 nəfər isə sağalıb. Son sutka ərzində 1 nəfər koronavirusdan ölüb.
İndiyədək ölkədə ümumilikdə 830 531 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 819 851 nəfər müalicə olunaraq sağalıb, hazırda 481 aktiv xəstə var. Bu günə qədər 10 199 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 548, bu günə qədər isə ümumilikdə 7 572 070 test icra olunub.
Eyni zamanda ölkədə son sutka ərzində 147 nəfər vaksinasiya olunub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 957 780 olub.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 12-04-2023, 18:03