mobil versiya

Hazırda neçə xəstəxana koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur?



Hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində koronavirusa yoluxmuş şəxslərin müalicəsi üçün 1 modul tipli xəstəxana fəaliyyət göstərir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
"Burada ümumilikdə 370 çarpayılıq yer mövcuddur. Çarpayılardan 100-ü reanimasiya üçün nəzərdə tutulub. Xəstələrin müalicəsi ilə 80 nəfər tibbi və qeyri-tibbi heyət məşğul olur" - deyə bildirilib.
Qeyd edək ki, ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19 pandemiyasının artıq ictimai səhiyyədə beynəlxalq fövqəladə hal olmadığını təsdiq edib.
"Bu, o deməkdir ki, ölkələr xüsusi karantin rejimindən COVID-19-un digər yoluxucu xəstəliklərlə birlikdə idarə olunduğu stabil mərhələyə keçə bilərlər", - deyə o əlavə edib.
Xatırladaq ki, ötən gün Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb. Aktiv xəstə sayı isə 138 nəfərdir.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 11-05-2023, 12:08