mobil versiya

Qida zəhərlənmələrinə səbəb olan amillər hansıdır?



Qida zəhərlənmələrinə əsasən qida məhsulları ilə düzgün davranmamaq, qidaların saxlanma və emal qaydalarına əməl etməmək səbəb olur.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu barədə ictimaiyyəti məlumatlandırıcı video paylaşıb.
Ev (məişət) şəraitində qida hazırlayarkən qida mənşəli xəstəliklərin qarşısını almaq, eləcə də zəhərlənmə təhlükəsini aradan qaldırmaq üçün müəyyən qaydalara diqqət edilməlidir:
- Yeməkləri, xüsusilə də ət yeməklərini bişirərkən tam bişdiyindən əmin olun;
- Çiy ət, toyuq, balıq, yumurta və digər çiy istehlak edilməyən qidaların bişmiş qidalarla təmasına yol verməyin;
- Botulizm riskini nəzərə alaraq, ev şəraitində turşu hazırlayarkən məhsulların çox yaxşı yuyulması və sterilizasiyasına xüsusi diqqət yetirin;
- Həyətyanı sahələrdən tanımadığınız göbələkləri yığmayın və istehlak etməyin;
- Yeməyi bişirdikdən sonra yalnız bir dəfə qızdırın və ya dondurun.
Tövsiyələrə əməl edək, qidadan zəhərlənməyək!


SAĞLAMLIQ / KARUSEL
Tarix: 29-07-2024, 18:03