Koreya Gəncə Şəhər Birləşmiş Xəstəxanasına 1 milyon manatlıq tibbi avadanlıqlar ianə edib

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin Koreya hökuməti ilə birgə layihəsi çərçivəsində dövlət tibb müəssisələrinin tibbi avadanlıqlarla təchizatı məqsədilə keçirilən təhvil-təslim mərasimində çıxış edərkən deyib.
Z. Əliyev bildirib ki, ianəyə cərrahiyyə, reanimasiya, intensiv terapiya üçün istifadə edilən müasir avadanlıqlar daxildir.
"Bu avadanlıqlar xəstələri kritik vəziyyətdən çıxarmaq üçün böyük əhəmiyyət daşıyır", - deyə Z. Əliyev qeyd edib.(azərtac)
SAĞLAMLIQ / KARUSEL
Tarix: 15-10-2024, 12:09