Bayram günləri neçə nəfər zəhərlənib?
Bayram günü (31.12.2024-cü il tarixdə) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 28 müraciət daxil olub.
Reportyor.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, müraciət edənlərdən 14-ü alkoqol , 5-i dərman, 6-si dəm qazı, 2-si allergik reaksiya, 1 nəfər isə botilizmlə zəhərlənib.
Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 3-01-2025, 11:13