Meyitdən 10-11 nəfərə orqan köçürülməsi mümkündür

Meyitdən 10-11 nəfərə orqan köçürülməsi mümkündür.
Bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Səhiyyə Nazirliyində keçirilən brifinqdə deyib.
"Beyin ölümü diaqnozu qoyulandan sonra təkrar testlər aparılır. Əgər beyin ölümü təsdiqlənərsə, o zaman Nazirlər Kabinetinin təsdiq etdiyi formaya əsasən mərhumun həyati fəaliyyətinin saxlanılması həyata keçirilir. Çalışırıq ki, ən azından ürəyin sinir sisteminin hesabına həmin mərhumun ürəyi 2-3 sutka döyünə bilsin. Orqanlar sağlamdırsa, 10-11 nəfərə orqan köçürülə bilər".
SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 17:14