mobil versiya

Koronavirusa yoluxan aparıcı müalicənin bahalığından şikayətləndi - Video




Koronavirusa yoluxan aparıcı Aytən Səfərova videomüraciət yayıb.

REPORTYOR.AZ xəbər verir ki, iki gündür müalicə alan aparıcı dərmanların bahalığından şikayətlənib:

“Bu virus sanki insanı eşidir. Sanki bir canlı kimi insanın içində oturub və qulaq asır. Deyirlər ağırlaşmalar, fəsadlar hələ qabaqdadır. Ümidvaram ki, onu da normal keçirəcəm. Düşünürsən, o qədər adam sağalıb, sən də keçirəcəksən. Nə vaxt ki düşünürsən, temperaturum bayaq endi, yeni bir güc ilə gələcək, inandırım sizi, bir müddət sonra hərarət 39 dərəcəyə qalxır.

Çox bahalı müalicədir. Bir qan dərmanı adambaşına 150 manata gəlib çıxır. Dərmanlar çox bahadır”.



SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 25-03-2021, 18:42