Vəfa Şərifovadan Rəqsanəyə sərt cavab
“Bu hadisə Rəqsanənin restoranında olub”.
Müğənni Vəfa Şərifova Rəqsanə İsmayılovanın qalmaqallı çıxışına münasibət bildirib.
BAKU.WS xəbər verir ki, “Bazar düzü” proqramına qonaq olan sənətçi, o hadisənin elə Rəqsanənin restoranında baş verdiyini qeyd edib:
“Bir xanım bu biabırçılığı edib. Bu hadisə də Rəqsanənin restoranında olub. O qadın haqqında musiqiçilər və Rəqsanə xanımın tanıdığı adamlar adını çəkərək dedilər ki, “Filankəs bu hərəkətləri etdi və biz biabır olduq”.
Rəqsanə xanımın dediyi reallıqdır. Sadəcə o, ailəli xanımdır, övladı da var. Orada mən də var idim, amma mən o insan deyildim.
Ümumiyyətlə, heç kimin eybini açan deyiləm. Mənim yoldaşım 25 ildir Rusiyada yaşayır.
Mən nə orada, nə də burada belə bir şey etmərəm. Rusiyada yaşayanların çoxu da o xanımın kim olduğunu bilir”.
SON XƏBƏR / Şou-biznes / KARUSEL
Tarix: 4-05-2021, 12:56