Prezident Ağdam şəhər meşə-parkında ağac əkib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimində iştirak edib.
“Ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov dövlətimizin başçısına burada salınacaq meşə-park barədə məlumat verdi:
Bildirildi ki, Burada ilkin olaraq şəhər sakinləri və qonaqları üçün 125 hektarlıq böyük meşə parkı salınacaq. Bərpa olunacaq Ağdam kanalı şəhərin içindən keçəcək və onun suyu burda yaradılacaq gölə töküləcək.
Prezident İlham Əliyev: Hansı tərəfdən?
Ruslan Sadıqov: Bu göldür, bu isə kanaldır, hansı ki, bayraq qoymuşuq, o kanalın səviyyəsidir. Bu göl onun ətrafında olacaq və sonra kanal öz yoluna davam edəcək. Ətraf ərazilər abadlaşdırılacaq və burada gözəl meşə-park yaradılacaq. Parkda sakinlər və turistlər üçün gözəl istirahət guşələri təşkil olunacaq.
Prezident İlham Əliyev: Çox gözəl, yəni, şəhərə giriş böyük meşə massividir.
Ruslan Sadıqov: Bəli, böyük meşə massividir. Məlum olduğu kimi, erməni işğalçılar burada meşələrin, yaşıllıqların hamısını qırıblar. Demək olar ki, heç bir yaşıllıq qalmayıb. Ona görə də burada Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi ilkin olaraq bu təşəbbüslə çıxış ediblər və əkinə də başlayıblar. Bu, dağdağan ağacıdır. O Azərbaycanın simvolik ağacıdır.
Prezident İlham Əliyev: Simvoludur.
Ruslan Sadıqov: Ağdamda bu ağaclar bizi gözləyirdilər. Ona görə şərəf olardı ki, Siz ağacın birini əkəsiniz.
XXX
Prezident İlham Əliyev ərazidə dağdağan ağacı əkdi.
12:36
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam şəhər meşə-parkında ağac əkilməsi mərasimində iştirak edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 29-05-2021, 01:10