mobil versiya

Rövşən Əkbərovun cinayət işi məhkəməyə göndərilib




Ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

REPORTYOR.AZ
xəbər verir ki, aparılan istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 1-07-2021, 12:03