Azərbaycanda COVİD-19-a yoluxanların sayı AÇIQLANDI
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 127 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan REPORTYOR.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 336 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 567 nəfər müalicə olunaraq sağalıb, 4 979 nəfər vəfat edib, aktiv xəstə sayı 1 138 nəfərdir.
SON XƏBƏR / KARUSEL
Tarix: 7-07-2021, 22:11