Peyvənd vurdurmayan müəllimlərə maaş veriləcək? - RƏSMİ CAVAB
“Vaksin vurdurmayan və əks göstəriş sertifikatı olmayan təhsil işçilərinin əmək haqlarının ödənilməsilə bağlı məsələ müzakirə olunur. Hətta məsələ ilə bağlı Nazirlər Kabinetində yeni qaydalar hazırlanır”.
REPORTYOR.AZ “report”a istinadən xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.
O qeyd edib ki, qərar qəbul edildikdən sonra ətraflı məlumat veriləcək: “Xatırladım ki, əks göstəriş və immun sertifikatı olmayan işçilər məktəblərə buraxılmayacaq.
Bəzi müəssisələrdə peyvəndlənmə icbaridir. Çünki burada insanlar böyük kütləylə işləyirlər. Hesab edirik ki, təhsil müəssisələri də bu siyahıya aiddir.
Nəzərə alaq ki, təhsil işçilərinin böyük əksəriyyəti yaşlı insanlardır. Onların sağlamlıqlarını düşünərək bu qərarı vermişik”.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 10-09-2021, 11:30