mobil versiya

Təranə Qumralın şəhid qardaşı qızının toyu oldu - FOTO/VİDEO



Müğənni Təranə Qumralın ailəsində xoş gün yaşanıb.

BAKU.WS xəbər verir ki, sənətçinin şəhid qardaşı Firdovsi Məmmədovun qızı sevdiyi şəxslə ailə həyatı qurub.

Cütlüyün toyu şəhər restoranlarından birində keçirilib.

Mərasimdə Qumralın sənət dostları Manaf Ağayev, Nuşabə Ələsgərli, İzzət Bağırov, Afət Fərmanqızı və digərləri iştirak ediblər.

Onlar Təranəni bu xoş gün münasibətilə təbrik edib qardaşı qızına xoşbəxtlik arzu ediblər.

Qeyd edək ki, sənətçinin qardaşı Firdovsi Məmmədov I Qarabağ müharibəsi zamanı 1991-ci il dekabrın 11-də Xankəndi ətrafında gedən döyüşlərdə başından yaralanaraq şəhid olub. Firdovsi Məmmədov Milli Ordunun ilk şəhididir.



SON XƏBƏR / KARUSEL
Tarix: 3-11-2021, 10:40