mobil versiya

Rusiya, Türkiyə və İran rəsmiləri Nur-Sultana toplaşırlar




Suriya üzrə danışıqların növbəti mərhələsi dekabrın ortalarında Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək.

Bu barədə Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi məlumat yayıb.

“Bizə qarant ölkələrdən (Rusiya, Türkiyə, İran - red.) Astana prosesinin növbəti danışıqlarının təşkili ilə bağlı müraciət daxil olub, hazırda biz dəqiq tarixi razılaşdırırıq. Bu danışıqlar haradasa dekabr ayının ortalarında baş tutacaq”, - deyə Muxtar Tleuberdi vurğulayıb.

Qazaxıstanın xarici işlər nazirinin sözlərinə görə, qarant ölkələr nazir müavinləri səviyyəsində təmsil olunacaqlar.


SON XƏBƏR / KARUSEL
Tarix: 4-11-2021, 10:45