mobil versiya

Səs-küy salan azarkeşin stadiondan çıxarılmasına DİN-dən REAKSİYA - FOTO - YENİLƏNİB




I Divizionun 24-cü turunda MOİK–“Sumqayıt-2” qarşılaşmasında azarkeşin stadiondan çıxarılmasına Daxili İşlər Nazirliyinin rəsmisi münasibət bildirib.


DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib ki, bu prosesdə hər hansı hüquqazidd hall yoxdur:

"Məsələ araşdırılıb, xidmətə cəlb edilən əməkdaşlar tərəfindən həmin şəxs intizama dəvət edilib".

***12:16

I Divizionun 24-cü turunda MOİK–“Sumqayıt-2” qarşılaşmasında polis əməkdaşları stadionda matçı izləyən azarkeşlərdən birini oradan uzaqlaşdırıb.

Bu barədə stadiondan kənarlaşdırılan Şamxal Hacıyev məlumat verib.

O bildirib ki, normal və sivil insanlar kimi stadionda matçı izləyib. Ara-sıra oyundakı epizodlara emosional yanaşsa da, heç bir təhqiramiz ifadə işlətməyib və kobudluq etməyib.

Lakin oyun gedən vaxt polis əməkdaşları ona yaxınlaşaraq stadiondan çıxarıblar. Səbəb kimi onun stadionda səs-küy salmasını əsas gətiriblər.
"Mən Binədə yaşayıram. MOİK–“Sumqayıt-2” matçı da Binədəki stadionda baş tutmuşdu. Oyun vaxtı 3-4 polis əməkdaşı məni stadiondan çıxardılar. Səbəb göstərdilər ki, mən səs-küy salıram.

Bunu eşidən zaman əvvəlcə gülməyim gəldi. Açığı, deyim ki, bir az inanmadım. Sonra məni stadiondan çıxarmaqla bağlı polisin qətiyyətini gördüm.
Sizi əmin edirəm ki, mən heç bir söyüş söyməmişdim. Artıq hərəkət etməmişdim. Sadəcə bəzi epizodlar zamanı hakimin qərarlarına sivil şəkildə etiraz edirdim.

30-40 nəfər azarkeşin içindən yalnız məni çölə çıxardılar. Bu mənə çox pis təsir elədi. Mən futbol azarkeşiyəm və bunu davam etdirəcəm", - deyə Şamxal Hacıyev bildirib.




SON XƏBƏR / KARUSEL
Tarix: 27-04-2022, 16:00