mobil versiya

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI




Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 818 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 61 nəfərdir.


SON XƏBƏR / KARUSEL
Tarix: 4-05-2022, 22:19