Mağazadan heçbir əşya almayan vətəndaşa hər ay borc mesajı gəlir - VİDEO
Mağazadan heçbir əşya almayan vətəndaşa hər ay borc mesajı gəlir.
Hadisə Biləsuvar Sakini Emin Süleymanovun başına gəlib. O, bildirir ki, artıq 6 aydır ona mütəmadi olaraq borc bildirişləri göndərilir. Halbuki, O heçvaxt kreditlə özünə nəsə almayıb.
Emin Süleymanov nömrənin onun adına olduğundan kreditin də ona aid edilməsindən narahatdır.
Mesajların gəldiyi mağazadan isə bildirildi ki, vətəndaşın nömrəsi şirkətin bazasında olan hər hansı bir nömrə ilə səhv düşə bilər.
Şikayətçi bununla bağlı şirkətin baş ofisinə müraciət etməlidir.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 27-12-2019, 11:13