mobil versiya

Milli Məclisdə vətəndaşların qəbulu dayandırıldı




Milli Məclisdə vətəndaşların qəbullarının keçirilməsini müvəqqəti dayandırılıb.

REPORTYOR.AZ-ın məlumatına görə, bu, Parlamentin Sədri Sahibə Qafarova Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar Milli Məclisdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında sərəncamında əksini tapıb.

Milli Məclis Aparatının Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinə tapşırılıb ki, Milli Məclisdə vətəndaşların qəbullarının keçirilməsini müvəqqəti dayandırsın. 

Sərəncama əsasən, Milli Məclis deputatlarının köməkçiləri seçki dairələrində seçicilər ilə birbaşa təmasda olmadan onların müraciətlərini internet və telefon rabitəsi vasitəsi ilə qəbul etməlidirlər.

SON XƏBƏR / KARUSEL
Tarix: 18-03-2020, 16:23