Onlayn imtahan: Kənar səs, kənar üz qeydə alınacaq, nəticə ləğv ediləcək (EKSPERT)
"Bu il ilk dəfə olaraq imtahanlar onlayn keçiriləcək".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
O, qeyd edib ki, rus bölməsi üzrə təhsil almaq istəyən abituriyentlər, eyni zamanda rus bölməsi üzrə oxuyan şagirdlər Azərbaycan dilindən onlayn imtahan verəcəklər:
"Təhlükəsizlik 100 faiz təmin olunacaq. "Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram imtahan verənin yanında kənar şəxsi və səsi müəyyən edir, imtahan nəticələrini ləğv edir. Avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) bu işin öhdəsindən gələ bilər. Tapşırıq təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi "məqbul” və ya "qeyri-məqbul”la qiymətləndirilir, "məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin "məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır".
SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 3-04-2020, 11:45