mobil versiya

Tramp ÜST-ə 1 ay vaxt verdi




ABŞ Prezidenti Donald Tramp əsaslı reformasiyalar etmək üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 30 gün vaxt verib. Əks təqdirdə ÜST-ə verilən maliyyə dəstəyini həmişəlik dayandıracağını bildirib.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, bu barədə ÜST direktoru Tedros Adhanom Qebreyesusa göndərdiyi məktubda qeyd edib.

Tramp ÜST-ün koronavriusla mübarizə mıəsələsini və Çinlə əlaqələrini araşdırdıqlarını bir sıra nəticələrə gəldiklərini vurğulayıb:

“ÜST Uhandakı vəziyyəti kifayət qədər incələməyib. Təşkilat virusun yayılması ilə bağlı xəbərləri gözardı edib. 30 dekabr 2019-cu ildə Çin mətbuatındakı xəbərlərə əsaslanaraq virusun başlaması ilə bağlı dəqiq məlumata sahib olduq. 31 dekabrda tayvanlı rəsmilər virusun insandan insana keçməsi ilə bağlı ÜST-ə məlumat bildirdi. Lakin, ÜST bu vacib məlumatı digər ölkələrlə paylaşmadı. Bəlkə də bunun siyasi səbəbləri olub”.
Tramp ÜST-ün koronavirusu pandemiya elan etməkdə gecikməsini də tənqid edib:

“3 fevral 2020-ci ildə Çinə səyahət etməyi qadağan etməklə bağlı açıqlama yaydı. 11 martda isə virusu pandemiya elan etdi. Amma bu, gecikmiş qərar idi və virus 114 ölkədə yayılmışdı. 4 mindən çox insan ölmüş, 100 mindən çox insan isə yoluxmuşdu”.

Tramp ÜST-ün Çinə virusun mənbəyi ilə bağlı müstəqil araşdırma aparılmasına çağırış etməməsini də tənqid edib və Qebreyesusa xitabən bunları bildirib:

“Sizin və təşkilatınızın atdığı ardıcıl səhv addımlar bütün dünyaya çox baha başa gəldi. Hazırda ÜST-ün yeganə çıxış yolu Çindən asılı olmadığını göstərməkdir. Reformasiya aparılması üçün sürətli şəkildə addımlar atılmalıdır. Boşa sərf edəcək vaxt yoxdur. ÜST növbəti 30 gün ərzində ciddi reformasiyalar etməsə təşkilata verdiyimiz maliyyə dəstəyimizi daimi olaraq dayandıracağımızı və təşkilata üzvlük məsələmizi gözdən keçirəcəyimizi nəzərinizə çatdırırıq. Çünki ABŞ vətəndaşlarını vergilərinin onların faydasına xidmət etməyən bir quruma getməsinə icazə verə bilmərəm”.
Qeyd edək ki, Trap 14 mayda verdiyi açıqlamda ÜST-ə verdikləri maliyyə dəstəyini təxirə saldığını açıqlamışdı.

SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 19-05-2020, 09:57