mobil versiya

Lənkəranda kimsəsiz küçələr, boş yollar - Sükut günü - FOTO



Bu gündən Azərbaycanda küçəyə çıxmaq qadağası başlayır.

BAKU.WS xəbər verir ki, Lənkəran şəhərində də küçələr boşalıb.

Lənkəranda da tətbiq olunan sərt karantin rejimi çərcivəsində polis vətəndaşların maarifləndirilməsi üçün avtomobillərə quraşdırılmış xüsusi səsgücləndiricilər vasitəsi ilə təbliğat aparır.

Qeyd edək ki, Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir.






SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 6-06-2020, 12:20