mobil versiya

Koronavirusa yoluxan xanım baş direktor: "Bu cür əziyyəti çəkən tək mən deyiləm"




"NM Group"un baş direktoru Nigar Məcidova koronavirus diaqnozu ilə ATU-nun Tədris Terapevtik Klinikasına yatırılıb.

REPORTYOR.AZ xəbər verir ki, 2 gündür, təzyiq və qızdırmadan əziyyət çəkdiyini bildirən Nigar xanım klinikada ona bunun əksini söyləyərək xəstəliyinə laqeyd yanaşıldığını bildirib:

"İlk qızdırmam olduğunu öyrənən anda 103-lə əlaqə saxladım. 4 gün ərzində testin cavabı gəlmədiyi üçün evdə bir neçə sistem etdirdim.
Nəhayət, təcili yardım ilə terapevtik klinikaya koronavirus diaqnozu ilə yatırıldım. İlk gündən yüksək təzyiqdən əziyyət çəkdiyimi bildirib bunu nəzərə almalarını xahiş etdim. Buna baxmayaraq vurulan sistem təzyiqimi sürətlə artırdı.

Bunu hər dəfə bildirdikdə, aparatla ölçüb, normada olduğunu qeyd edirdilər. Burnumdan təkrar-təkrar qan açılırdı. Adətən bu hal təzyiqim yüksək olanda baş verir. Evdən təzyiq aparatı və qızdırma ölçən gətizdirdim. Bəlli oldu ki, məndə yüksək qızdırma və təzyiq var.

Qızdırmam 40 dərəcədən aşağı düşmür, lakin israrla 37 dərəcə deyilir. Bunu onlara deyəndən düz 6 saat sonraya qədər mənə həb veriləcəyini gözlədim. Lakin mənə yaxınlaşan olmadı.

Bunları qeyd etməkdə məqsədim odur ki, ikinci dəfə pnevmaniya keçirən biri üçün COVID xəstəliyinin nə dərəcədə təhlükəli olduğunu nəzərə almayan tibb işçilərimiz var.

Xahiş edirəm ki, səhiyyə qurumları mənim bu müraciətimi nəzərə alsın. Yəqin ki, bu cür əziyyəti çəkən tək mən deyiləm", - deyə Nigar Məcidova bildirib.
Məsələ ilə bağlı TƏBİB-də BAKU.WS-ə bildirib ki, vətəndaş rəsmi şikayət bildirsin.
“Deyilənlər, sözsüz, araşdırılacaq. Lakin vətəndaşın şikayəti varsa, rəsmi olaraq müraciət etməlidir”, - deyə qurumdan bildirilib.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 23-06-2020, 11:45