TƏBİB məlumat yaydı - SON DƏQİQƏ
Azərbaycanda koronavirusla bağlı 16 avqust 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
REPORTYOR.AZ xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Son sutkada koronavirusa görə 5712 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 831 755-ə çatıb.
Reanimasiyada olan xəstə sayı 199, süni tənəffüs cihazında olan xəstə sayı 36 nəfərdir.
İndiyədək ölkədə ümumilikdə 34219 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 875 nəfər müalicə olunaraq sağalıb, 506 nəfər vəfat edib, aktiv xəstə sayı 1838 nəfərdir.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 16-08-2020, 21:06