Avtobusda gediş haqqı ilə bağlı VACİB XƏBƏR – BNA açıqladı…
Bu ilin birinci yarısında ictimai nəqliyyatda ödəniş kartlarının balansının onlayn artırılması nəzərdə tutulsa da, bu proses hələdə həyata keçirilməyib. Buna səbəb isə, ölkədə davam edən koronavirus pandemiyasıdır.
Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev redaktor.az–a açıqlamasında məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, ictimai nəqliyyatda ödəniş kartlarının balansının onlayn artırılması prosesi pandemiyadan sonra həyata keçiriləcək:
“Bu gün BakıKartın balansının artırılması ilə bağlı sərnişinlərimizin rastlaşdığı çətinliklər bizə də məlumdur. Onlayn ödəmə sisteminin olmasının zəruriliyini bilirik və mümkün olan bütün addımları atırıq. Sizə də məlumdur ki, pandemiyadan doğan müəyyən obyektiv səbəblər var. Bu işdə əməkdaşlıq etdiyimiz şirkətin mütəxəssisləri xarici ölkə vətəndaşlarıdır və onlar karantin səbəbindən Bakıda deyillər. Mümkün olduğu qədər işlər onlayn formatda aparılır. Bizim planımız onlayn ödəmə sistemlərinin bu ilin birinci yarsına qədər işə salmaq idi. Amma qeyd etdiyim kimi, bizdən aslı olmayan məqamlar ortaya çıxdı”.
Mais Ağayev onu da bildirib ki, hazırda ümumilikdə 396 ödəmə terminalı mövcuddur. BakıKarta aid olan bu terminallardan 148-i Bakı metropoliteni stansiyalarında, 51-i isə avtobus dayanacaqlarında yerləşir. BakıKart sisteminin inteqrasiya olunduğu MilliÖn terminallarının sayı isə 197-dir.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 18-09-2020, 12:47