Hulusi Akar: “Türkiyə Azərbaycanı dəstəkləməyə davam edəcək”
“Ermənistanın Azərbaycana son hücumları Yerevanın regionda sülh və sabitliyə bir daha ən böyük əngəl olduğunu göstərdi”.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Müdafiə Naziri Hulusi Akar bu gün "Türk-İngilis Anlaşma Mərkəzi (CBTU)" tərəfindən internet üzərindən təşkil edilən "Türkiyədə Qlobal və Regional Təhlükəsizlik Mühitinin Dəyişməsi" adlı proqramda sualları cavablandırarkən deyib.
Nazir bildirib ki, bu hücumlar açıq şəkildə beynəlxalq hüquqa ziddir və Türkiyə bunu qətiyyətlə pisləyir: "Qarabağ və ətraf bölgələrin qanunsuz işğalı Azərbaycanda bir milyondan çox insanın daxili köçkünə çevrilməsinə səbəb oldu. Türkiyə, xalqını və ərazi bütövlüyünü qoruyan Azərbaycanla həmrəy olaraq dost ölkəni dəstəkləməyə davam edəcək".
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 30-09-2020, 23:17