mobil versiya

Azərbaycanın Rusiyadakı səfirliyi: Bu təxribatı törədənlər cəzalandırılacaq



Moskvada iki naməlum şəxs Müslüm Maqomayevin Azərbaycanın Rusiyadakı səfirliyinin inzibati binasının yaxınlığında yerləşən abidəsinə yaxınlaşaraq postamentə üzərində anti-Azərbaycan yönümlü mətn olan lövhəcik yerləşdiriblər və onu zəncirlə bərk-bərk bağlayıblar.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat verib.

Qeyd olunub ki, lövhəcik aşkar edilən kimi dərhal sökülüb.

“Faktla bağlı səfirlik Moskvanın hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb və dərhal bütün lazımi tədbirlər görülüb. Bu təxribatı törədənlər müəyyənləşib və Rusiya qanunvericiliyi çərçivəsində ən sərt şəkildə cəzalandırılacaqlar”, - bəyanatda deyilir.
SON XƏBƏR / GÜNDƏM
Tarix: 29-10-2020, 18:03