mobil versiya

Qarabağda fəaliyyət göstərəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib




Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində təmsil olunacaq Türkiyə hərbçiləri Azərbaycana gəlib.

"Report" NTV-yə istinadən xəbər verir ki, Ağdamda yerləşəcək mərkəzdəki Türkiyə hərbçiləri yanvarın əvvəlində xidmətə başlayacaqlar.

Türkiyə heyəti zabit və əsgərlərdən ibarətdir. Mərkəzdə Türkiyə ordusunun general-mayoru da fəaliyyət göstərəcək. O, ilk heyətlə Azərbaycana gəlib.

Mərkəzdəki Türkiyə hərbçilərinin sayı isə 60 nəfər olacaq. 25-ə yaxın hərbi qulluqçudan ibarət ilk heyət artıq Azərbaycandadır. Qarşıdakı həftələrdə digər heyətin də gələcəyi gözlənilir.
SON XƏBƏR / KARUSEL
Tarix: 26-12-2020, 16:45