Paşinyanın şok Qarabağ planı: “Hələ ilyarım əvvəl...”
"Təxminən iki il əvvəl Nikol Paşinyan Araik Arutyunyana Dağlıq Qarabağın gələcək taleyi barədə danışıb".
REPORTYOR.AZ Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan deyib.
"Rüsvayçı şantaj prosesindan sonra bu gün Araik Arutyunyan Feysbukun əsas kloununa çevrilib. Paşinyan Arutyunyana Ararat Mirzoyan vasitəsilə xidmətlərini təklif edib. Mirzoyan sədaqət zəmanətləri qarşılığında Arutyunyanla danışıqlar aparıb və Paşinyana onun haqqında məlumat verib, bundan sonra ruhunu şeytana satmağa hazır olan yeni bir kölə tapdığına əmin olub", - Minasyan qeyd edib.
Sabiq diplomat Ermənistan baş nazirinin separatçıların başçısı Arutyunyana qorxutduğunu və şantaj etdiyini söyləyib:
"Araik Arutyunyan nədən qorxurdu? Paşinyanın etdiyi oğurluqları ortaya qoyacağından qorxurdu. Razılaşmaların ilk mərhələsi Mirzoyan və Arutyunyanla danışıqların aparıldığı Romada əldə edilib. Arutyunyanın istəyi ilə danışıqlarda iştirak edən diaspordan olan tanınmış bir erməni iş adamı müqavilənin qarantı olub.
1.5 il əvvəl Paşinyan Mirzoyan, Arutyunyan və Kamo Ağacanyanın iştirakı ilə bir görüş keçirib. Dörd nəfər Paşinyanın proqramını müzakirə edib. 1.5 il əvvəl Nikol Paşinyan Araik Arutyunyana Dağlıq Qarabağın gələcək taleyi və bu gün baş verənlər haqda danışıb".
Minasyan Paşinyan, Arutyunyan və Kamo Ağacanyanın hələ 1.5 il əvvəl Dağlıq Qarabağın təhvil verilməsinə razılaşdıqlarını və buna hazırlaşmağa başladıqlarını iddia edib.
Onun sözlərinə görə, Dağlıq Qarabağın "itiriləcəyini" əvvəlcədən bilən Araik Arutyunyan Hadrut və digər ərazilərdəki torpaq sahələrini və mülklərini yarı qiymətinə satıb.
17 % ilə kredit sifariş et
SON XƏBƏR / KARUSEL / SİYASƏT
Tarix: 10-01-2021, 20:00