mobil versiya

Ermənistan ÇALXALANIR: 1 gün vaxt verildi



Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman naziri Araik Arutyunyanın istefası tələbilə gənclərin yürüşü keçirilib.

REPORTYOR.AZ xəbər verir ki, yürüş iştirakçıları Ermənistan hökumətinin ağıllı davranacağı və sabah Arutyunyanın istefasını müzakirəyə çıxaracağına ümid etdiklərini bildiriblər.

"Nazirlər Kabinetinin sabahkı toplantısından sonra biz növbəti addımlarımızı müəyyən edəcəyik. Biz sadəcə vurğalamaq istəyirik ki, qırmızı xəttimiz var və bundan geri çəkilmək mümkün deyil. Əgər hökumət sabah Arutyunyanla bağlı qərar verməsə, biz bütün  addımları atacağıq”, - aksiya iştirakçıları bildiriblər.

Qeyd edək ki, bu, nazirə qarşı bu gün keçirilən 3-cü aksiya olub. Təhsildəki xaosdan narazılıq edən deputatlar Arutyunyana suallar ünvanlayıblar. O isə sərt cavabları ilə yanaşı, Çarukyanın gənclikdə təcavüz maddəsi ilə ittiham olunduğunu xatırladıb.

Bundan sonra parlamentdə ciddi narazılıq başlayıb və daha sonra parlamentin önündə aksiya keçirilib.

Sabah parlamentdə Arutyunyana etimadsızlıq müzakirəyə çıxarılacaq.(Axar.az)
SON XƏBƏR / KARUSEL / DÜNYA / HADİSƏ
Tarix: 17-09-2020, 01:42