mobil versiya

Bakıda daha iki marşrutun hərəkət sxemi dəyişdirilir



Martın 1-dən 7A nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək.

Bu barədə REPORTYOR.AZ-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumata görə, qeyd olunan tarixdən bu xətt üzrə avtobuslar Gəncə prospektinin Sadıqcan küçəsiylə kəsişməsində yerləşən dairəyədək hərəkət edəcək. Dəyişiklik çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq həyata keçirilir. Nəticədə Vunqtau küçəsi, Gəncə prospekti və Sadıqcan dairəsi ətrafında yaşayan sakinlərin birbaşa marşrut xətti ilə Ziya Bünyadov prospekti, “20 Yanvar” dairəsi və “Beynəlxalq Avtovağzal Kompleksi” istiqamətində gediş-gəlişi təmin ediləcək.

Eyni zamanda, mart ayının 1-dən 17 nömrəli müntəzəm marşrut xətti üzrə də avtobusların hərəkət sxemi dəyişdiriləcək. Bu dəyişiklik nəticəsində avtobuslar Yeni Yasamal - “İnşaatçılar”m/s - “Elmlər Akademiyası” m/s - “Gənclik” m/s - “N.Nərimanov” m/s - Keşlə bazarını əlaqələndirəcək. Belə ki, xətt üzrə avtobusların son dayanacaq məntəqəsi “N.Nərimanov” metrostansiyasından keçməklə Əliyar Əliyev küçəsi, Keşlə bazarının qarşısına dəyişdirilib.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 27-02-2021, 14:20