mobil versiya

Gedənin dalınca danışmağı bacarmıram!




Mən insanlara böhtan atmağı bacarmıram!

Mən günahsız insanlara beldən aşağı zərbə vurmağı da bacarmıram!

Mən kiməsə şər ataraq onların nənə-babaları, ata-anaları, bacı-qardaşları, arvad-uşaqları, dost-tanışlarını narahat etməyi də bacarmıram!

Mən ölkəmin işıqlı gənclərini xain elan etməyi də bacarmıram!

Mən özümə rəva görmədiyimi, mənə min dəfə daha artığı olunsa da,  başqasına rəva görməyi bacarmıram!

Bağışlayın, amma bacarmıram!

Necə ki, yuxarıda yazdıqlarımı bacarmıram, eləcə də gedənin dalınca danışmağı, yıxılanı qamçılamağı da bacarmıram.

Amma İlahi Ədalətə inanmağı bacarıram!

Prezidentimizin və Mehriban xanımın alicənablığına təşəkkür etməyi də bacarıram!

Azərbaycanımın işıqlı gələcəyinə inanmağı da bacarıram!

İslahatlara inanmağı da bacarıram!

Davamlı olsun deyirəm!

KARUSEL / ÖLKƏ / YAZARLAR
Baxılıb: 34 Tarix: 30-11-2019, 08:52


Şərh bildir
yenilə, əgər kod görünmürsə