mobil versiya

Polis “İnstagram”da insanların şəklini paylaşıb, təhqir edən səhifə ilə bağlı hərəkətə keçdi




Son günlər sosial şəbəkələrdə insanları təhqir edən səhifə fəaliyyət göstərir.

“İnstagram”da açılan həmin səhifələrdə sifarişlərlə insanları təhqir edirlər.

Həmin səhifədə insanların şəkli qoyulur və altında təhqirlər yazılır. 

Həmin səhifə ilk olaraq “Sonn Deyqe” adı ilə açılıb və sonradan şikayətlər əsasında bağlanıb.

Lakin bir neçə dəfə onu müxtəlif adlarla açıblar.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından verilən məlumata görə, vətəndaşlardan daxil olan məlumat əsasında Nizami rayon Polis İdarəsi, 25-ci polis bölməsində araşdırma aparılır.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.//BAKU.WS

SON XƏBƏR / BANNER / KARUSEL / SOSİAL / ÖLKƏ
Tarix: 11-05-2020, 17:27