mobil versiya

Pakistan rəsmiləri çinlilərə qarşı hücumu pisləyir


 


Naməlum şəxsin Kəraçinin Səddar bölgəsində diş klinikasına atəş açması nəticəsində bir Çin vətəndaşı güllələnib, iki nəfər yaralanıb.

“Dawn” qəzeti xəbər verir ki, özünü xəstə kimi təqdim edən naməlum şəxs Predi küçəsi yaxınlığındakı Dr Richard Hunun özəl stomatoloji klinikasına gələrək diş müalicəsi üçün gözləmə yerində oturub. Təxminən 15-20 dəqiqədən sonra o, 9 mm-lik tapança ilə Dr Richard Hu, xanım Phen Teyin və Ronald Raymond Chouya atəş açıb. 

Yerli polis əməkdaşları “Dawn.com”a bildirib ki, yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin təhqiqatını Terrorla Mübarizə İdarəsi aparacaq.

Hadisədən xəbər tutan daxili işlər naziri Rana Sanaullah Sind əyalətinin baş katibinə atəşlə bağlı hesabat hazırlamağı və cinayətkarları dərhal həbs etməyi tapşırıb. O, tvitində hadisəni pisləyib və Çin vətəndaşının ölümündən kədərləndiyini bildirib:“Belə hadisələr dözülməzdir. Çin sakinlərinin təhlükəsizliyi hər şəkildə təmin edilməlidir”. 

Xarici işlər naziri Bilaval Bhutto Zardari də hücumu pisləyib və ölümlə bağlı təəssüfünü bildirib. O, istintaqın dərhal yekunlaşdırılması və təqsirkarların məsuliyyətə cəlb edilməsi barədə göstəriş verib: “Bu cür qorxaq və dözülməz hücumlar Himalaylardan yüksəkdə və dənizlərdən daha dərin olan Pakistan-Çin dostluğunda çatlar yarada bilməz”.

Reportyor.az


DÜNYA
Tarix: 29-09-2022, 12:55