Bakı-Quba yolunda dəhşətli qəza
Bakı-Quba yolunun 98-ci kilometrlitində (Sizyəzən rayonu ərazisindən keçən hissəsində) ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən verilən məlumata görə, “Mercedes Vito” markalı avtomobillə TIR toqquşub.
İkin məlumata görə, “Mercedes-Vito”da olan (sürücü daxil olmaqla) 6 nəfər ölüb. TIR sürücüsü xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Xilasetmə tədbirləri görülür.
Xəsarət alan TIR sürücüsü, 1992-ci il təvəllüdlü Elçin Atayev Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Siyəzən rayonu ərazisində (Bakı-Quba avtomobil yolunun 85-ci kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus və “DAF” markalı yük avtomobili toqquşub, 6 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 6 nəfərin meyiti zədələnmiş mikroavtobusdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
HADİSƏ

Tarix: 15-12-2022, 12:02