mobil versiya

Dəhşətli hadisə: FHN huşsuz vəziyyətdə çıxardı




Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Zərdab rayonunun Otmanoba kəndində "QAZel" markalı yük avtomobili və “T-80” markalı traktorun toqquşması barədə məlumat daxil olub.


 FHN-dən REPORTYOR.AZ-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində müxtəlif bədən xəsarətləri alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.                            
SON XƏBƏR / HADİSƏ
Tarix: 28-08-2020, 09:01