mobil versiya

Xaçmazda tüfənglə ehtiyatsız davranan kişi ölüb



Yanvarın 11-də saat 23 radələrində Xaçmaz rayonu Laman kəndində Ağyazı Buduq kənd sakini 1988-ci il təvəllüdlü Rəşid Apayevin ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, məlumata görə, hadisə kəndin meşə ərazisində Kürdəmir rayon sakini 1993-cü il təvəllüdlü Həmzə Həmzəyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verib.
R.Apayev müharibə iştirakçısıdır.
Araşdırma aparılır.

KARUSEL / HADİSƏ
Tarix: 12-01-2023, 09:46